UEFA-dan Çempionlar Liqası və Avroliqa ilə bağlı SON QƏRAR

İDMAN 23 mar 2020, 23:56

UEFA avrokuboklarla bağlı yeni qərar qəbul edib.

 

Demokrat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salıb.

 

Qeyd edək ki, UEFA martın 17-də keçirilən videokonfransda Avropa Liqasının finalını iyulun 24-nə, Çempionlar Liqasının finalını isə iyulun 27-nə təyin etmişdi.

 

Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını gələn ilə təxirə salıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top