Məhkəmənin qərarı ilə daha bir sayt bloklandı

Səbail Rayon Məhkəməsi “az24saat.org” xəbər saytının bloklanmasına qərar verib.

Demokrat.Az Turan-a istinadla xəbər verir ki, qərarı bu gün – avqusun 7-də Səbail rayon Məhkəməsinin hakimi Şahin Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında qəbul edib.

Bu haqda saytın rəhbəri Vuqar Qurdqanlı məlumat verib. O və vəkilləri məhkəmədən xahiş ediblər ki, nazirliyin müraciəti ilə daha detallı tanış olmalarına imkan yaradılsın. Ancaq məhkəmə prosesin başqa vaxta ertələnməsinə razı olmayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məhkəmədə iştirak edən nümayəndələri sözügedən saytın böhtan məzmunlu, qərəzli yazılar yadığını bildiriblər.

Məhkəmə yekunda “az24saat.org” xəbər saytına müraciətin məhdudlaşdırılmasına qərar verib. Sayt rəhbərliyi qərardan yuxarı məhkəməyə şikayət edəcəyini bildirib.

8 Avqust 2018, 11:06   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß