"Hərbi qulluqçuların ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulmayıb" — Müdafiə Nazirliyi

SOSİAL 23 mar 2020, 14:04

Müdafiə Nazirliyi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirib.

 

Nazirlikdən Demokrat.az-a verilən xəbərə görə, son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr və bununla əlaqədar əsgər valideynlərinin narahatlığını nəzərə alaraq, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb: "Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top