Koronavirusdan bir gündə 1600 nəfər öldü — ÜST

DÜNYA 23 mar 2020, 10:05

Dünyada koronavirusdan ölənlərin sayı 12 min nəfəri ötüb.

 

Demokrat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

 

Qeyd edilir ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 292 142 nəfərə çatıb, 12,7 min nəfər koronavirusun qurbanı olub.

 

Gün ərzində dünyada virusa 26 069 yoluxma halı qeydə alınıb, 1 600 nəfər vəfat edib. 

 

Yoluxma hallarının ən böyük sayı Avropa regionunda qeydə alınıb. Orada bir gün ərzində 22,7 mindən çox insan koronavirusa yoluxub, 1 426 insan ölüb.

 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top