Angela Merkel koronavirus şübhəsi ilə karantinə alındı

HADİSƏ 23 mar 2020, 00:33

Almaniyanın kansleri Angela Merkel ev karantininə alınıb.


Demokrat.az xəbər verir k, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.


Məlumatda deyilir ki, bu günlərdə Merkelə hər ehtimala qarşı peyvənd vuran həkimdə koronavirus tapıldığı üçün kansler bu qərara gəlib.


Kansler bu gün keçirdiyi mətbuat konfransından sonra bu barədə öyrənib. Konfransda karantin qaydalarının sərtləşməsi haqqında qərar açıqlanıb. Belə ki, qarşıdan gələn iki həftə ərzində Almaniya vətəndaşlarına iki nəfərdən çox olmaqla toplaşmaq qadağan edilib.


Kansler öz vəzifələrini karantin şəraitində icra edəcəyini də açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top