Avtovağzalda “Bakubus”ın avtobusları bir-birinə ÇIRPILDI

HADİSƏ 22 mar 2020, 15:17

Bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobus qəzası baş verib.


Demokrat.az xəbər verir ki, avtovağzal ərazisində “Bakubus” MMC-yə məxsus olan 2 iritutumlu avtobus bir-birinə çırpılıb. 


Hadisə vaxtı 7A və 14 saylı marşrut avtobuslarının şüşələri qırılıb və onlar yararsız vəziyyətə düşüb.


Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik dəqiqləşmiş məlumat yoxdur.(Unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top