SON DƏQİQƏ! Azərbaycanda koronovirusla bağlı "Qaynar Xətt" verilişi yayımlanır (FOTO)

SOSİAL 22 mar 2020, 13:18

Ölkəmizdə koronovirusun yayılmasının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir. Bu tədbirlər sırasında informasiyanın cəmiyyətə çatdırılması mühüm rol oynayır.


Demokrat.az xəbər verir ki, koronovirusla bağlı yeni maarifləndirici proqram efirə başlayıb.


Space TV-də Amil Xəlilin aparıcılığı ilə yayımlanan "Qaynar xətt" proqramı gündə iki dəfə canlı yayımlanır. Verilişi saat 11:00 və 15:00-da Space TV-də canlı yayımlanır.


"Bildiyiniz kimi Dövlətimiz mühüm addımlar atıb. Bizim üzərimizə düşən vəzifə insanlara düzgün informasiyanı mütəxəssislərin dilindən çatdırmaqdır. Bu səbəbdən də layihəni təqdim etdik."


Amil Xəlil həmçinin bildirib ki, müəllifi və  aparıcısı olduğu "Gəl dərdini danış" layihəsi də paralel şəkildə davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top