Uşaqlarda immuniteti necə gücləndirmək olar? — Həkim MƏSLƏHƏTİ

SOSİAL 22 mar 2020, 09:05

Bizə müraciət edən anaların soyuq aylarda əsas istəyi uşaqların tez-tez xəstələnməməsi, immunitetinin möhkəm olması ilə bağlıdır. Təəssüf ki, bu problem bir sirop və ya müalicə ilə həll edilən deyil.


Demokrat.az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-pediatr Günay Rəsulova açıqlayıb.


Bəs immunitetin möhkəm olmssı üçün nə etmək lazımdır? Soyuq hava və xəstəliklərdən uşaqları necə qorumaq olar?


Pediatr, uşaqlarda immuniteti möhkəmləndirən faktorları belə sıralayıb:


İlk növbədə profilaktik peyvəndlərin vaxtında olunması.


Uşağın vaxtlı vaxtında pediatr müayinəsində olub, hər hansı bir somatik probleminin olmamasına diqqət edilməsi.


Uşağın sağlam qidalanması (balanslı, vitaminli, zərərli qida vərdişlərinin olmaması)


Uşagın vaxtında yatızdırılması (maximum axşam saat 22:30 uşaq artıq yuxuda olmalıdır)


Uşagın soyuq hava daxil, havada çox olması


Uşagın xəstə insanla təmasının önlənməsi


Uşagın qanında D vitamini səviyyəsinin aşağı olmaması


Tez-tez xəstələnən, allergik xəstəlikləri və ya başqa hər hansı bir risk qrupunda olan uşaqlara oktyabr aylarında qrip əleyhinə peyvəndlərin vurulması


Uşaqları stressdən uzaq tutmaq və s.Sağlam uşağın ildə 7-8 dəfə yuxarı tənəffüs yolu infeksiyasına tutulursa, hər dəfə bu xəstəliklər ağırlaşma ilə nəticələnmirsə normal haldır. 


Həkim uşağı müayinə edərkən çox az görülən problemi - anadangəlmə immun yetməzliyini ağlında tutmalı, şübhələnərsə, lazım olan müayinələri istəməlidir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top