Bakıda işçi mağazadan 200 min manatlıq ərzaq oğurladı

HADİSƏ 21 mar 2020, 16:54

Bakıda mağazadan oğurluq edən şəxs tutulub. 


Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.


Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb. 


Ətrafında aparılan tədbirlərlə onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

 

 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top