Aslan İsmayılov: “Mübariz Mənsimovla bağlı mövzuya bir daha qayıtmayacam”

GÜNDƏM 20 mar 2020, 15:33

“Azadlıq” qəzeti başda olmaqla Mübariz Mənsimovla bağlı yazımı paylaşan bütün xəbər mənbələrinin sahiblərinə müraciət edirəm. Mənə çox maraqlıdır ki, Milli Onkologiya Mərkəzi, Kazino-Qumarxanalar, Apteklərdə narkotik tərkibli dərmanların qanunsuz satışı, Ədliyyə Naziri Fikrət Məmmədovun məhkəmələrində baş verən qanunsuzluqlar və digər cəmiyyətimizi məhv edən problemlərlə bağlı yüzlərlə yazılarımı sizin hər birinizdən ayrı-ayrılıqda şəxsən xahiş etsəm də paylaşmadığınız bir zamanda indi hansı məqsədlə M.Mənsimov haqqındakı yazımı ŞOK bir xəbər kimi qəzet, TV və saytlarınızda manşetlərə çıxarıbsınız?! Özünüzü M.Mənsimovun müdafiəçiləri kimi qələmə verib, bilərəkdən oyunbazlıq edib o yazını paylaşmaqla ona ən böyük düşmənçiliyi elə siz edirsiniz”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 

“Yazını gündəmdə saxlamaqla yüz minlərin o yazını oxumasına şərait yaradırsınız. Bilirəm ki, yazını təkrar-təkrar gündəmə gətirib söydürməklə məni yenidən bu oyuna cəlb etmək istəyirsiniz. Ancaq özünüzü yormayın, söz verdiyim kimi bu mövzuya bir daha qayıtmayacam. Sizdən fərqli olaraq həbsdə olan 4 uşaq atası üzərindən dividend qazanmaq istəmirəm. Yadda saxlayın intriqabazlıq, oyunbazlıq heç kimə uğur gətirməyib və gətirməyəcək. Başqalarını demirəm heç olmasa özünüzə yazığını gəlsin, illərlə getdiyiniz bu yoldan əl çəkin. Sizlərə həmişə haqq-ədalət, əsl həqiqət yox, intriqalar, oyunlar və şəxsi məqsədləriniz lazım olub” – A.İsmayılov qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top