Qoyun başının qiyməti qalxdı — Koronavirusa görə

HADİSƏ 20 mar 2020, 16:44

Türkmənistanda qoyun baş və əl-ayağı kəskin şəkildə bahalaşıb.


Demokrat.az "Konkret.az" saytına istinadla xəbər verir ki, buna səbəb COVID-19 infeksiyası ilə mübarizədə qoyunun başının effektli olması ilə bağlıdır.


Qeyd edək ki, əvvəllər bir qoçun başı və dörd ayağının dəsti 20 manata (rəsmi məzənnə ilə 5.7 dollar) başa gəlirdi. Lakin COVID-19-un qarşısının alınması üçün bu məhsuldan şorbanın faydaları barədə ölkə daxilində şayiələr yayılandan sonra qiymət 30 manata (8.6 dollar) qalxıb. 


Mal-qara ayağının qiyməti də artıb. Kiçik ayağın qiyməti 10 manatdan 15 manata (2,9 dollardan 4,3 dollara), böyük ayağın qiyməti 15 manatdan 20 manata (4,3 dollardan 5,7 dollara) qədər yüksəlib.


Epidemiya fonunda adi mal ətinin qiyməti də artıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top