Tanınmış iş adamı koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşuldu

SOSİAL 20 mar 2020, 13:17

"Azərbaycan Respublikası prezidenti, cənab İlham Əliyevin Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasına dair və infeksiyaya qarşı tədbirlərin gücləndirilməsi məqsədilə imzaladığı sərəncamı yüksək qiymətləndirir və alqışlayırıq".


Demokrat.az xəər verir ki, bu fikirləri tanınmış iş adamı, sabiq deputat Nizami İsgəndərov bildirib. 


O deyib ki, dünyanın gözəgörünməz koronovirus adlı düşmən qarşısında aciz qaldığı bir vaxtda, məlum sərəncam, ölkə vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin əsas capital olduğunu göstərir. 


Həmçinin vətəndaşların ümidsizliyə qapılmamasına böyük təkandır:


"Koronovirusla bərabər dünya neft bazarında qara qızılın qiymətinin aşağı düşməsini nəzərə alaraq, hər bir kəs, dövlətimizin yanında olmalı və millətin üz-üzə qaldığı təhlükədən maksimim dərəcədə sğortalanması üçün, dəstək ifadə etməlidir. 

Məqsədimiz koronovirusun vurduğu və vura biləcəyi ziyanın miqyasını doğru-dürüst qiymətləndirmək, “taclıvirusa” qarşı total mübarizə apararaq genişlənməsinə imkan verməmək olmalıdır. Bir sözlə ümümbəşər bəlaya çevrilmiş virusa qalib gəlmək üçün, hər bir şəxs özünün fərdi şüuruna nəzarət səviyyəsini qaldırılmalı, vicdan və vətəndaş məsuliyyəti hissinə bürünməlidir.


Bu məsuliyyəti dərk edərək, Sumqayıt Ticarət Mərkəzinin sahibkarları adından, Fondun hesab nömrəsi açılan kimi maliyyə dəstəyi verəcəyimizi bəyan edirik. 


Ölkəmizdə və Sumqayıtda fəaliyyət göstərən sahibkarları da vətəndaş məsuliyyətinin dərk etməyə, prezidentimizin məlum təşəbbüsünə qoşulmağa səsləyirik.


Allah xalqımızı və dövlətimizi qorusun".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top