İtkin düşən dörd nəfər tapıldı

HADİSƏ 20 mar 2020, 13:38

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da 23 cinayətin üstü açılıb.


Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, onlardan üçü əvvəlki dövrlərlə bağlı cinayət olub.


Soyğunçuluq üzrə bir, narkotiklərlə əlaqəli səkkiz, baş vermiş oğurluq hadisələri ilə əlaqədar isə daha 10 faktın üstü açılıb.


Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə, axtarışda olan 23 nəfər saxlanılıb.


Həmçinin, itkin düşmüş kimi axtarışı elan olunan dörd nəfər tapılaraq ailələrinə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top