Rusiyada koronavirusa qarşı vaksinin sınaqları başladı

HADİSƏ 20 mar 2020, 10:40

“Rospotrebnadzor” (İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmət) yeni koronavirusa qarşı prototip peyvənd sınağının başlandığını elan edib. 


Demokrat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə agentliyin rəsmi saytında məlumat yer alıb. 


Altı fərqli texnoloji platformaya əsaslanan peyvənd prototipləri xidmətin tabeliyindəki “Vector” virusologiya və biotexnologiya dövlət elmi mərkəzində ən qısa müddətdə hazırlanıb. 


Elm adamları bütün peyvənd prototiplərini alt primatlar da daxil olmaqla həssas laboratoriya heyvanlarında immunogenlik araşdırmalara başlayıb. 


Tədqiqatçılar həm hüceyrə, həm də yumoral immun reaksiyasının meydana gəlməsini təmin edən ən perspektivli və təhlükəsiz prototipləri inkişaf etdirəcəklər. 


Peyvəndin tərkibi, dozası, tətbiq olunma yolu da müəyyən ediləcək. 

 

Alimlər hesab edir ki, peyvənd bu ilin dördüncü rübündə tətbiq edilməyə hazır olacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top