Qüdrət Həsənquliyev prezidentin yeni yaratdığı fonda pul köçürəcək — Açıqlama

SOSİAL 19 mar 2020, 20:21

Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

 

Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

 

Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentin imzaladığı fərmana münasibətini öyrənib.

 

Millət vəkili ölkə başçısının bu qərarını alqışladığını və zamanında verilmiş fərman olduğunu bildirib:

 

"Fürsətdən istifadə edib sizin sayt vasitəsilə prezidentin bu çağırışına qoşulduğumu bəyan edirəm və fondun bank hesabı açılan kimi ora ilk vəsait köçürən şəxslərdən biri olacağımı bildirirəm. Dövlət başçısının bu fərmanı tarixi əhəmiyyət kəsb edir və onun ölkə vətəndaşlarının sağlamlığının, təhlükəsizliyinin qayğısına qaldığını, hər bir vətəndaşın taleyindən narahat olduğunu göstərir. Xoşbəxtlikdən prezidentin bundan öncə də müvafiq addımları ilə ölkəyə vaxtında lazımi avadanlıq və preparatlar, qoruyucu vasitələr gətirilib və karantin tədbirləri görülüb. İnşallah Azərbaycanın əsrin bəlasını çevrilməkdə olan bu virusa qarşı mübarizədən ən az itkilərlə çıxacaq bir dövlət olacağına ümid və arzu edirəm. Hamını milli həmrəyliyə və bu bəlaya qarşı birgə mübarizəyə çağırıram. Təlaşa gərək olmasa da səhlənkarlığa da yer yoxdur. Diqqətli vəı təmkinli olmaqda fayda var".

 

De​mokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top