Koronavirusla bağlı həbsxanalardan SON XƏBƏR

SOSİAL 19 mar 2020, 20:08

Ədliyyə Naziri Yanında İctimai Komitənin üzvləri koronavirus tədbirlərilə bağlı 3 cəza çəkmə müəssisəsində olublar.

 

Bu barədə Modern.az-a Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev məlumat verib.

 

O, qeyd edib ki, Azərbaycan həbsxanalarında, cəzaçəkmə müəssisələrində olan məhkumların koronavirusla bağlı təhlükəsizliyi yüksək səviyyədə təmin edilir:

Image result for əliməmməd nuriyev

“Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərinə əsasən Ədliyyə Nazirliyi və Pentensiar Xidmətdə müvafiq qərargahlar yaradılıb, fəaliyyət planları təsdiq olunub.

 

Bu plana uyğun olaraq məhkumların ətraf mühitlə əlaqələrinin məhdudlaşdırılması istiqamətində müəyyən izolyasiya tədbirləri görülüb. Qohumlarının məhkumlarla görüşü tam məhdudlaşdırılıb. Bildiyiniz kimi, Azərbaycanda koronavirusa yoluxma kənardan gələnlər vasitəsilə olub. Ona görə də məhkumların ətraf mühitlə əlaqələrinin məhdudlaşdırılması olduqca vacib amildir”.


Hüquqşünas qeyd edib ki, məhkumların ərzaq təhlükəsizliyilə bağlı heç bir təhlükə yoxdur:

 

“Biz yerində vəziyyətlə tanış olduq. Cəza çəkmə müəssisələrinin yeməkxanası, anbarları tam yenidən qurulub, kifayət qədər ərzaq var.

 

Xüsusilə çörəyin cəza çəkmə müəssisələrində bişirilməsinə diqqət çəkmək istərdim. Çörək kürədə bişirilir, təzə-təzə süfrəyə qoyulur. Əvvəlki illərlə müqayisədə cəzaçəkmə müəssisələrində çörəyin keyfiyyəti çox yüksəlib. Mən özüm də oradakı yeməkxanada bişirilən yeməklərdən daddım.

 

Çox yüksək keyfiyyətli idi.

 

Bununla yanaşı, mağazalarda da kifayət qədər ərzaq var. Məhkumlar istədikləri vaxt cəzaçəkmə müəssisələrindəki mağazalardan istədiyi məhsulu ala bilər və mağazalarda da ərzaq bolluğu var.

 

Novruz bayramı ilə əlaqədar bir çox təşkilatlar, şirkətlər məhkumlar üçün sovqat gətirir. Təbii ki, bunlar da tam yoxlandıqdan sonra onlarla paylanır”.

 

Ə.Nuriyev məhkumların yaxınlarına müraciət edərək, narahat olmamalarını tövsiyə edib:

 

“Görüşlərin məhdudlaşdırılması sizin həbsxanada olan məhkumlarınızın sağlamlığı üçündür”.

 

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində hər gün dezinfeksiya işləri aparılır:

 

“Bu günə qədər hansısa məhkumda koronavirusun simptomları müşahidə edilməyib. Həm də nəzərə almaq lazımdır ki, burada nazirliyin 3500 əməkdaşı çalışır. Onlar da müəssisələrə daxil olarkən yoxlanılır.

 

Bütövlükdə Pentensiar Xidmətin rəhbərliyi, nazir müavinləri tərəfindən qəflətən yoxlanışlar keçirilir. Burada məqsəd real vəziyyətin yerində öyrənilməsinə xidmət etməkdir.

 

Yeni məhkumlar gəlir, azadlığa çıxanlar olur, eyni zamanda köçürülmələr baş verir. Onların hamısı dərhal həkim yoxlanışından keçirilir. Bununla yanaşı Bakı İstintaq Təcridxanasında həkimlər gün ərzində 2 dəfə məhkumları termovizorlardan keçirirlər.

 

Məhkumlarla yanaşı cəzaçəkmə müəssisələrinə daxil olan rəhbərlikdən tutmuş nazirlik əməkdaşlarına qədər hamısı koronavirusa görə yoxlamadan keçirlər. Hansınınsa səhhətində narahatlığı olarsa, dərhal evə buraxılır”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top