Abşeron rayonunda imkansız ailələrə Novruz sovqatı paylanıldı — FOTOLAR

SOSİAL 19 mar 2020, 17:23

Novruz bayramı ərəfəsində Abşeron rayonunda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə qayğı diqqət mərkəzində saxlanılıb. 


Demokrat.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən əziz bayram münasibətilə rayonun kənd və qəsəbələrində yaşayan aztəminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar təqdim edilib.


Bayramla əlaqədar rayon icra hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları, ilk növbədə, yardıma ehtiyacı olanlar – şəhid, əlil ailələri, tənha, kimsəsiz və s. aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və iki gün ərzində, ümumilikdə 550-dən çox ailəyə təqdim olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top