Prezidentdən tibb işçilərinin əməyini dəyərləndirən mühüm SƏRƏNCAM

SOSİAL 19 mar 2020, 15:36

“COVİD-19 böyük, bəşəri bir bəladır. Azərbaycan da bundan sığortalanmayıb. Virusla bağlı ilkin məlumatlar çıxdıqdan indiyədək ölkəmizin səhiyyə işçiləri, tibb personalı, eləcə də səhiyyə ilə bağlı və digər müvafiq qurumlar ölkə başçısının rəhbərliyi ilə mübarizə prosesində ciddi yer alıblar. Nazirlər Kabinetinin yanında Operativ Qərargahın fəaliyyətə başlaması, eləcə də digər müvafiq addımlar artıq müsbət nəticələrini verməkdədir”. 


Demokrat.az xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.


Ölkə başçısı tərəfindən kifayət qədər riskli, gərgin, psixoloji baxımdan ağır missiyanı üzərinə götürən səhiyyə işçilərinin əmək və zəhmətinin ötən gün imzalanan Sərəncamla dəyərləndirildiyini deyən deputat düşünür ki, atılan addım Prezident İlham Əliyevin xalqımıza, zəhməti olan hər bir kəsə diqqət və qayğısının növbəti ifadəsidir: 


“Həqiqətən də gərgin fəaliyyət göstərən tibb işçiləri bu diqqətə layiqdirlər. Düşünürəm ki, onların əməyinin stimullaşdırılması baxımından atılan addım təkcə səhiyyə işçiləri tərəfindən deyil, eləcə də bütün Azərbaycan vətəndaşları tərəfindən yüksək qiymətləndirilir”.

 


F. Ağamalı söyləyib ki, dövlət başçısı hər zaman ən çətin məqamlarda, təbii fəalakətlər zamanı belə vətəndaşının yanında olaraq hadisə yerinə gedərək, insanlarla təmasda olaraqproblemləri birbaşa onların dilindən dinləyir: 


“Ölkə prezidentinin bu addımları vətəndaşlarımıza gərgin məqamlarda təskinlik vermək, onlara pisxoloji baxımdan dəstək olmaq baxımından çox əhəmiyyətlidir. Əgər haradasa yanğın baş verirsə, bina uçursa, zəlzələ, torpaq sürüşməsi, daşqın fəlakət gətiribsə dövlət başçısı həmir yerə gələrək insanlarla təmasda olur, onlara diqqət və qayğısını ifadə edir problemlərinin həlli istiqamətində mühüm tapşırıqlar verir, müvafiq sənədlər imzalayır. Biz bunu Ağsu, Şamaxıda baş verən zəlzələ zamanı da gördük”.


O qeyd edib ki, hazırda Azərbaycan prezidenti təkcə koronavirusdan qorunmaq, ölkəmizin az itki verməklə vəziyyətdən çıxmaq üçün prosesə rəhbərlik etmir, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımı göstərir: 


“Bununla yanaşı virusdan əziyyət çəkən qonşu ölkə İrana maliyyə yardımı göstərilir. Dövlət başçısının atmış olduğu bu addımlar həm Azərbaycan xalqına olan yüksək məhəbbətini, həm də Onun bəşəri dəyərləri özündə ehtiva etdiyini bir daha təsdiq edir. Azərbaycanda atılan addımlar həm də ÜST tərəfindən yüksək qiymətləndirilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top