Kamran Əsədov: “Əhalinin bütün komunal ödənişləri büdcə hesabına ödənilməlidir”

SOSİAL 19 mar 2020, 14:27

“İnsanların bütün komunal ödənişləri – işıq, su, qaz və s. kimi xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir”.


Demokrat.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib. 


Onun sözlərinə görə, dövlət orqanlarının vətəndaşlara evdən çıxmamaqla bağlı tövsiyəsi haqlıdır, bu, virusa yoluxma riskini azaltmaq üçündür:


“Düzdür, sağlamlıq hər şeydən üstün və vacibdir. Amma bu insanlar virusdan ölməsə də, acından dəqiq öləcək. Çünki hər şey ani baş verdi və insanlar əllərindəki vəsaiti kommunal və digər xərclərə ödədilər. Sabah bayramdır, ayın sonu gəlir, insanların banklara ödənişləri, kirayə və arenda xərcləri, yenə də kommunal ödənişləri və əsas da gündəlik istehlak səbəti var. Bu barədə hansısa bir addım atılacaqmı?


Rəsmi olaraq təhsil sistemində martın 20-də tətil bitir. Deməli, özəl sektor martın 21-dən işə başlaya bilər. Düzdür, aprelin 15-nə kimi ciddi rejim tətbiq edilir, amma bu siyahıda təhsil alma və vermə yoxdur. Çünki onunla bağlı ayrıca qərarlar olub. Qısası, hökümət insanların sosial müdafiəsi və rifahı üçün ciddi addımlar atmalıdır. Çünki virusa qarşı mübarizədə psixoloji dəstək daha vacibdir. İnsanlara kömək etmək lazımdır ki, bu bəlanı tez və az zərərli aradan qaldıraq. Təklif edirəm ki, dövlət büdcəsinin vəsaiti hesabına insanların bütün komunal ödənişləri-işıq, su, qaz və s. kimi xərcləri ödənilsin. Bu aylarda bütün bank ödənişləri dövlət tərəfindən ödənilsin”.


Kamran Əsədov qeyd edib ki, insanlar ev kirayələrini, obyektlər arenda pullarını ödəməkdə çətinlik çəkirlər:


“Ümid edirəm ki, 10 milyon Azərbaycan vətəndaşı sabahkı Novruz bayramını yüksək əhval- ruhiyyə ilə qeyd edəcək. Bunun üçün isə hökümət bu gün qeyd etdiyim məsələləri həll etməlidir”.(Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top