Türkiyə hərbiçilərindən terrorçulara AĞIR ZƏRBƏ

HADİSƏ 19 mar 2020, 12:57

Türkiyədə sabitlik və əmin-amanlığı pozmağa, etnik nifaq yaratmağa çalışan terror təşkilatlarına qarşı əməliyyatlar uğurla davam etdirilir. 


Demokrat.az-ın məlumatına görə, YPG/PKK terror təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirən təhlükəsizlik qüvvələri dekabr, yanvar və fevral aylarında ölkə daxilində və xaricində həyata keçirdikləri hava və quru əməliyyatları zamanı terror təşkilatının rəhbər şəxsləri də daxil olmaqla, 191 terrorçunu zərərsizləşdirib. 


Daxili Qoşunlar komandanlığı və xüsusi təyinatlı dəstə mənfi 30 dərəcəyə çatan şaxtalı hava şəraitinə baxmayaraq həyata keçirdiyi əməliyyatlarla PKK terror təşkilatının qış bazası yaratmasına imkan verməyib. 


Ötən ilin avqust ayında başlanan və 144 terrorçunun zərərsizləşdirildiyi "Kıran" əməliyyatları başa çatıb, bəzi bölgələrdə "Kapan" əməliyyatları başlayıb. 


Daxili İşlər Nazirliyinin daxili qoşunlar, polis və təhlükəsizlik əməkdaşlarının iştirakı ilə başlatdığı əməliyyatlarda terror təşkilatının sığınacaqları və terrorçuların "əlçatmaz" olaraq gördükləri mağaraları bir-bir məhv edilib. 


Digər tərəfdən, əli qanlı PKK və gənclər qruplaşmalarına qarşı bir çox vilayətdə həyata keçirilən əməliyyatlarda saxlanılan 669 nəfər şübhəlidən 216-sı həbs olunub, bəzi şübhəlilərin isə dindirilmələri davam edir. 


2019-cu ilin dekabr ayının 1-dən 2020-ci ilin fevral ayının 29-a kimi YPG/PKK terror təşkilatının həyata keçirdiyi hücumlar nəticəsində isə 16 təhlükəsizlik əməkdaşı şəhid edilib, 9 nəfər yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top