Karantində qalan alman ailə: "Azərbaycanlıların isti münasibətini unutmayacağıq" — FOTOLAR

MARAQLI 18 mar 2020, 20:39

"Bizə həm Astarada, həm də Bakıda yardım edən insanlara bir vəfa borcumuz var. Lalə, Ziynət, Xəyalə və Jalə xanımlara, Bakıda bizə evini açan İlyas bəyə və xəstəxanadakı palata yoldaşlarımız Faiq bəy və Mehri xanıma çox təşəkkür edirəm. Polis əməkdaşları da bizə çox yardım etdi.  Xüsusilə, baxıma ehtiyacı olan itimizi evində saxlayan Ramin bəy və xanımı Nura xanıma minnətdaram".

 

Demokrat.az xəbər verir ki, bunu Xeber.de-ye açıqlamasında gəldikləri Azərbaycanda koronavirusa görə karantin altına alınan Duyğu Hatton söyləyib. Onun sözlərinə görə, Azərbaycanda qaldıqları müddətdə insanlar onları evlərində qonaq etmək istəyib, əllərindən gələn köməyliyi əsirgəməyib.

 

 

“Xəstəxanada yaşananlar bizi üzsə də, Azərbaycan insanının qonaqpərvərliyini, bizə olan isti münasibətini heç bir zaman unutmayacağıq. Azərbaycandan çox yaxşı təəsüratlarla ayrılırıq”- deyə D.Hatton bildirib.

 

Məlumat üçün bildirək ki, Timmy və Duyğu Hatton cütlüyü bu ilin yanvar ayında karavanları ilə Hindistandan Türkiyəyə doğru yola düşüblər. Hindistanda karavanlarına hücum olub, lakin onlar Pakistana, oradan da İrana keçməyi bacarıb, Azərbaycana gəliblər. Azərbaycanda koronavirus səbəbi ilə karantin alatına alınan ailə xəstəxanada xoşagəlməz hadisələrlə üzləşiblər.

 

 

Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top