Sabahın havası: Yağış yağacaq, duman olacaq

HADİSƏ 18 mar 2020, 19:06

Bakıda və Abşeron yarımadasında martın 19-da arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.


Bu barədə Demokrat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.


Atmosfer təzyiqi norma daxilində - 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.


Tibbi-meteoroloji proqnoza görə, martın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.


Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top