Füzulidə şəhid ailələrinə bayram sovqatı paylanıldı — FOTOLAR

SOSİAL 18 mar 2020, 13:39

Novruz bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyətinin və müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları tərəfindən rayon ərazisində və respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan şəhid ailələrinə bayram sovqatları paylanılır, Novruz bayramları təbrik edilir.

 

Demokrat.az-ın xəbərinə görə, Prezident cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısı əsas götürülməklə ümumilikdə Füzuli rayonundan olan 700-dək şəhidin varisləri ilə yerində görüşüləcək, onlara bayram sovqatları təqdim ediləcək.

 

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bildiriblər ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır.

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top