Azərbaycanlı 4 qadın Türkiyədə fahişəliyə cəlb edildi — HƏBS

HADİSƏ 18 mar 2020, 12:47

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan Ənnüfuz Quliyeva həbs edilib.


Demokrat.az-ın xəbərinə görə, Ənnüfuz Quliyevanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.


Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Əhməd Quliyevin icraatına verilib.


Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.


İttihama görə, Ənnüfuz Quliyeva Azərbaycan vətəndaşı olan bir qrup qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.


Cinayət işi üzrə 4 qadın zərərçəkmiş şəxs qismində tanınıb.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top