“İcra başçısı rayonun səhifəsində admindir, bütün mesajları özü oxuyur”

GÜNDƏM 18 mar 2020, 13:00

Şəmkir rayon icra hakimiyyəti koronavirus təhlükəsi ilə bağlı online rejimdə faəliyyətini gücləndirib.


Rayon icra hakimiyyətindən Demokrat.az-a verilən məlumatı təqdim edirik: 


"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının Şəmkir rayonu ərazisində yayılmasının qarşısının alınması və sizlərin sağlamlığınızın təhlükəsizliyi baxımından Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyətində də vətəndaşların qəbulu müvəqqəti olaraq məhdudlaşdırılaraq elektron müraciət formasına keçirilmişdir.


İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargah tərəfindən bildirilir ki, vətəndaşların müraciətlərinə baxılması üçün bütün imkanlarımızdan istifadə olunacaqdır.


Müraciətlərinizi bizə necə ünvanlaya bilərsiniz?


Birbaşa olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və məsul şəxslərinə ünvanlamaq üçün:


Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov

E-mail: [email protected]


QEYD: Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı RİH-in sosail şəbəkələrdə olan bütün rəsmi səhifələrində admindir və ünvanlanan bütün müraciətlərə şəxsən Alimpaşa Məmmədovun özü tərəfindən baxılır.


RİH başçısının birinci müavini Qüdrət Əliyev

TEL: (02230) 5-55-55 E-mail: [email protected]


RİH başçısının müavini Fəxrəddin Vəliyev

TEL: (02230) 5-32-68 E-mail: [email protected]


RİH başçısının müavini Aynur Abdullayeva

TEL: (02230) 5-32-74 E-mail: [email protected]


Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdiri Sənan Quliyev 

TEL: (02230) 5-33-63 E-mail: [email protected]


Əlavə məlumat almaq üçün:


RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Elgün Seyidov

TEL: (02230) 5-31-49 E-mail: [email protected]

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top