Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Azər Xudiyevə qarşı aparılan çirkin kampaniyanı pislədi — BƏYANAT

HADİSƏ 18 mar 2020, 11:29

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycan Respublikasının Ukraynadakı keçmiş səfiri Azər Xudiyevə qarşı aparılan çirkin kampaniya ilə bağlı bəyanat yayıb.


Demokrat.az həmin bəyanatı təqdim edir:


"Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi son günlər Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyevin Prezidentimizin sərəncamı ilə geri çağırılmasından sonra UABD ( ОДАУ, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu) təşəbəssü ilə bir qrup "azərbaycanlı"nın Kiyev şəhər restoranlarının birində etdikləri çox çirkin və ləyaqətsiz hərəkətlərini şiddətlə pisləyir və bu barədə ölçü götürürük !


Zamanında Azərbaycan Respublikasının Ukraynadakı səfiri ilə diaspora arasında anlaşmazlıqlar mövcud idi və biz də öz adımızdan Ukrayna ictimaiyyətinə açıqlamadan iradlarımızı bildirmişdik. Nə baş verməsindən asılı olmayaraq Dövlətimizin elçisinə, möhtərəm Prezidentimizin etimad göstərdiyi diplomata qarşı bu aksiya dövlətimizə qarşı atılmış bir addım sayırıq. 


Hesab edirik ki, bu cür əməllər tək səfirə deyil, bütövlükdə dövlətimizə qarşı təxribatdır. Bir daha bəyan edirik ki, dünya ölkələri içərisində ən böyük azərbaycan diaspora təşkilatı olaraq biz hər zaman Dövlətimizin, Prezidentimizin yanındayıq, dövlət başçımızın siyasi xəttini dəstəkləyirik.


Fürsətdən istifadə edib, Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmuş Elmira xanım Axundovanı təbrik edir və ona şərəfli işində uğurlar arzulayırıq. 


İnanırıq ki, Elmira xanım Ukrayna və Azərbaycan arasında tarixi dostluq əlaqələrinin daha da inkişaf etdirilməsində və Ukrayna Azərbaycanlıları diasporu ilə daha da sıx əlaqələr quraraq diasporumuzun inkişafında öz töhfələrini əsirgəməyəcək".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top