Parlament koronavirusla bağlı cərimələri təsdiqlədi

HADİSƏ 17 mar 2020, 13:58

Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir.


Cinayət Məcəlləsinə məcəllələrə dəyişiklik məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında təklif olunub.


Yeni maddəyə əsasən, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.


Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.


Layihə səsə qoyularaq qəbul edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top