Dörd ölkədə koronavirusa yoluxanların sayı kəskin artdı

GÜNDƏM 17 mar 2020, 13:19

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 84 nəfər artıb.


Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi bildirib.


Qeyd edilir ki, bununla da Koreya Respublikasında koronavirusa yoluxanların sayı 8 320 nəfərə çatıb. Ölkədə virusdan 82 nəfər ölüb.


Cənubi Koreya həkimlərinin məlumatına görə, xəstəxanalardan 264 pasiyent sağalaraq evə buraxılıb. Bununla belə, ölkənin Okean və Balıqçılıq naziri Mun Sonq-hyek yeni tip koronavirus (COVID-19) şübhəsi ilə öz evində karantinə alınıb.


Kanadada isə son sutkada 100-dən çox virusa yoluxma faktı qeydə alınıb. Hökumətin məlumatına əsasən, nəticədə koronavirus daşıyıcılarının sayı 424 nəfərə çatıb. Ən çox yoluxma halı Ontario inzibati mərkəzində qeydə alınıb - 117 nəfər.


ABŞ-da da vəziyyət ürəkaçan deyil. Belə ki, yeni tip koronavirus (COVID-19) 85 nəfərin ölümünə səbəb olub. Yoluxma sayı 4 600 nəfəri ötüb. Bu da öz növbəsinə son üç gündə iki dəfə artım deməkdir. Ağ Ev 15 gün ərzində əhaliyə evdən çıxmamaqla bağlı çağırış edib. Təkcə 13 milyondan çox əhalisi olan Los-Anceles və San-Diyeqo şəhərlərində bütün restoranlar fəaliyyətlərini dayandırıb.


Birləşmiş Ştatların qonşusu Meksikada da vəziyyət gərginləşməyə başlayıb. Belə ki, bir gündə 29 yeni yoluxma faktı qeydə alınıb. Ölkənin Səhiyyə naziri Rikardo Kortes bildirib ki, hazırda ölkədə 82 nəfər koronavirus daşıyıcısıdır. Uruquvay isə virus təhlükəsinə görə Argentina ilə sərhədləri bağlayıb.


Qeyd edək ki, dünyada koronavirusdan ölənlərin sayına görə Çin (3 226), İtaliya (349 )və İran (853) liderdir. Bu arada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranda koronavirusa qarşı mübarizədə istifadə etmək məqsədi ilə Tehrana 7,5 ton tibbi ləvazimat göndərib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top