Madrid regionunun rəhbərində koronavirus aşkarlandı — VİDEO

HADİSƏ 16 mar 2020, 19:55

İspaniyanın Madrid Muxtar bölgəsində yerli hökumət rəhbəri İsabel Dias Ayusondan götürülən koronavirus testi müsbət çıxıb.


REN TV-nin xəbərinə görə, bu barədə o, özünün “Twitter” hesabında məlumat yayıb.


Bundan əvvəl koronavirus iki ispan nazirində, həmçinin, Baş nazir Pedro Sançesin xanımı Beqonya Qomes və Kataloniya liderinin müavini Pere Araqonesada təsdiqlənib.


Qeyd edək ki, rəsmi məlumatlara görə, son 24 saatda ölkədə 1000-ə qədər yeni yoluxma halı qeydə alınıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top