Beynəlxalq Gimnastika Federasiyası Bakıdakı Dünya Kuboku ilə bağlı qərar verdi

İDMAN 16 mar 2020, 18:38

Beynəlxalq Gimnastika Federasiyası COVID-19 pandemiyası ilə bağlı 12 yarış barədə qərar verib.


Demokrat.az xəbər verir ki, Almaniya (20-22 mart), Portuqaliya (27-29 mart), İtaliya (4-5 aprel) və Belçikadakı (10-12 aprel) idman gimnastikası, aerobika və akrobatika yarışları ləğv olunub.


Təxirə salınan səkkiz yarış içərisində 24-26 aprel tarixlərində Bakıda keçirilməsi planlaşdırılmış bədii gimnastika üzrə Dünya Kuboku da var. Qətər və İtaliyada təxirə salınan yarışların müddəti müəyyən edilsə də, Yaponiya, Bolqarıstan, Özbəkistan və Azərbaycandakı yarışların yeni müddəti daha sonra müəyyənləşdiriləcək.


Qeyd edək ki, daha əvvəl Bakıda keçiriləcək iki yarış ləğv olunmuşdu. Belə ki, idman gimnastikası üzrə Dünya Kubokunun 14 və 15 martda keçirilməsi nəzərdə tutulmuş final mərhələləri ləğv edilmişdi. Həmçinin 17-19 apreldə keçiriləcək bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci Açıq turnir eyni aqibətlə üzləşmişdi.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top