SON DƏQİQƏ! Xalq artisti Rafael Dadaşov vəfat etdi

HADİSƏ 16 mar 2020, 15:50

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.


 
Demokrat.az xəbər verir ki, bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib: "Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.

 

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top