"İndiki halda Azərbaycanda referendumun keçirilməsini aktual hesab etmirəm" — Fəzail Ağamalı

GÜNDƏM 16 mar 2020, 11:41

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycan Konstitusiyasında növbəti dəyişikliklər edilməsi üçün referendumun keçirilməsi barədə təkliflərlə bağlı Demokrat.az-ın sualını cavablandırıb. 


— Fəzail müəllim, ötən həftə bir sıra KİV-lərdə Azərbaycanda növbəti dəfə referendum keçirilməsi ilə bağlı fikirləriniz yer alıb. Bununla bağlı daha nələri demək istərdiniz? 


— Bəli, bir neçə gün əvvəl jurnalistlərin referendumla bağlı mənə ünvanladığı suala verdiyim cavabda səhvlərə yol verilib. Gələcək ehtimallarım reallıq kimi qəbul olunmamalıdır. İndiki zaman kəsiyində Azərbaycanda referendumun keçirilməsini aktual hesab etmirəm. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top