Azərbaycanda toyda qan töküldü — yaralılar var

HADİSƏ 15 mar 2020, 18:16

Zərdabda iki nəfər bıçaqlanıb.


“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Şahhüseyinli kəndində keçirilən toy mərasimi zamanı baş verib.

 

Belə ki, kənd sakinləri Qarazadə Şəmsi Böyükəli oğlu və Qarayev Rəşad Qara oğlu kənddə keçirilən toy məclisində həmkəndliləri Babayev Əqdəm Abdulməcid oğlu ilə aralarında yaranan mübahisə zamanı Ə.Babayev tərəfindən bıçaqlanıblar.


Hər iki yaralı Zərdab rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıdakı xəstəxanalardan birinə aparılıblar.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top