Əli Həsənovun yaxın qohumu FETO-çuya belə dəstək çıxdı — FOTOFAKT

GÜNDƏM 15 mar 2020, 15:06

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin keçmiş əməkdaşı Bəhruz Həsənov sosial şəbəkədə yazdığı statusla gündəmə gəlib.

 

Demokrat.az xəbər verir ki, B.Həsənov, FETO terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunan azərbaycanlı iş adamı, "Palmali Şirkətlər Qrupunun"un sahibi Mübariz Mənsimova dəstək çıxıb:


"Mübariz Mənsimovu şəxsən tanımıram, yollarımız heç vaxt kəsişməyib. Hesab edirəm ki, emosional adamdır. Bu, sosial mediada yazdığı status və şərhlərdən aydın hiss edilirdi. Amma heç kim onun xeyriyyəçilyini və vətənpərvərliyini inkar edə bilməz. Onun həbs olunması olduqca kədərli və düşündürücü hadisədir. 2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açıla biləcəyi, "sülh protokolları" kimi məsələlər müzakirə edilərkən Mənsimov Ermənistanla sərhəd açılarsa, biznesini Türkiyədən daşıyacağını açıqlamışdı. Sonradan köməkçiləri olduqca sərt olan bu açıqlamanı nisbətən yumşaltdılar... O zamanlar Türkiyədə yaşayırdım və bu jestin nə demək olduğunu yaxşı bilirəm. Adam nəinki liberal çevrələrin rəğbətini qazanmaq üçün işğalçı ölkənin lehinə humanist addım atmağa cəhd edirdi, əksinə hətta sərhədlərin açılmaması üçün qazandığı hər şeyi təhlükəyə atırdı. Bu kimi nümunələrin sayını artıra bilərik".


"Əlbəttə, bütün bunlar Mənsimova toxunulmazlıq statusu vermir. Əgər günahı varsa, araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Amma itirən yenə də bizik. Görəsən, Mübariz Mənsimovu məhv etməyə, gözdən salmağa çalışanlar özlərinin cılız ambisiyalarına görə Azərbaycan dövlətinə, dövlətçilik şüuruna, diaspor fəaliyyətinə necə zərər verdiklərinin fərqindədirlərmi? FETO ittihamına gəldikdə isə, heç kim zəmanət verə bilməz ki, M.Mənsimovun bu ittihamla həbs edilməsi qisas məqsədilə həyata keçirilən "tərs alqı" əməliyyatı deyil" - deyə o, bildirib.

 


Özünü Əli Həsənovun əsas trollarından sayan və bunu fəxarətlə dilə gətirən məşhur jurnalist Azər Həsrət isə öz növbəsində Bəhruz Həsənovun statusuna şərh yazaraq dəstəyini nümayiş etdirib. 


Xatırladaq ki, İstanbul Prokurorluğunun çıxardığı qərarla bu gün səhər saatlarında İstanbul Maliyyə Cinayətləri Şöbəsinin əməkdaşları tərəfindən Mübariz Mənsimovun evində axtarış aparılıb və iş adamı saxlanılıb.  

 

Onu da qeyd edək ki, Bəhruz Həsənov Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın qohumudur və onun zamanında administrasiyada İctimai-siyasi şöbənin əməkdaşı kimi fəaliyyət göstərib

 

Elçin Rizvanoğlu
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top