Mübariz Mənsimov saxlanıldı — FETÖ ilə casusluqda ittiham olunur

HADİSƏ 15 mar 2020, 12:31

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali Holding”in sahibi Mübariz Mənsimov saxlanılıb. 


Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb. 


Məlumatda qeyd olunur ki, İstanbul Prokurorluğunun çıxardığı qərarla bu gün səhər saatlarında İstanbul Maliyyə Cinayətləri Şöbəsinin əməkdaşları tərəfindən Mübariz Mənsimovun evində axtarış aparılıb, özü isə saxlanılıb.  


Qeyd edək ki, Mübariz Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur. Barəsində cinayət işi qaldırılıb. Onun Türkiyəni tərk etməsinə qadağa qoyulub.


Elçin Rizvanoğlu
Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top