Ağstafada evdən silah-sursat aşkarlandı — FOTOLAR

KRİMİNAL 15 mar 2020, 00:15

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. 


Bu barədə Demokrat.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.


Bildirilib ki, rayonun Xətai kənd sakini, 64 yaşlı Tahir Yaqubəliyevin kənddə yaşadığı evə baxış keçirilən zaman oradan iki ədəd torbanın içərisində qablaşdırılmış “Kalaşnikov” konstruksiyalı bir avtomat, həmin silaha aid dörd ədəd daraq, 113 ədəd 5.45 mm və 108 ədəd 7.62 mm kalibrli avtomata aid patronlar, üzərində KOMAR 2M yazısı olan bir ədəd radio cihazı və 24 ədəd iriçaplı patron aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top