SOCAR-ın Gürcüstandakı YDM-lərində dezinfeksiya işləri aparılır

GÜNDƏM 14 mar 2020, 22:32

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı yanacaqdoldurma məntəqələrində (YDM) koronavirusun yayılması riskinin azaldılması məqsədilə dezinfeksiya işləri aparılır.


Demokrat.az xəbər verir ki, bu barədə “SOCAR Georgia Petroleum” şirkəti məlumat yayıb.


İşlər çərçivəsində YDM ərazisində yerləşən ofis və marketlər də dezinfeksiya edilir. Şirkətin xidmət mərkəzləri və digər obyektlərində də müvafiq qabaqlayıcı tədbirlər görülür. Dezinfeksiya işləri iki gün ərzində başa çatdırılacaq.


Bununla yanaşı, YDM-lərdə dezinfeksiyaedici məhlulların olduğu xüsusi qurğular quraşdırılıb, əməkdaşlar müştərilərə birdəfəlik əlcəklərdə xidmət göstərirlər.


“İşçi heyət və müştərilərin sağlamlığı şirkət üçün əsas prioritetdir”, - deyə “SOCAR Georgia Petroleum” bəyan edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top