Komitə sədrindən sahibkarlara 5 ANTİVIRUS TÖVSİYƏSİ

GÜNDƏM 14 mar 2020, 19:50

"Koronavirus epidemiyasının bu miqyasda yayılması iqtisadiyyatda yeni və uzunmüddətli olacaq reallıqlar yaratmaqdadır". 


Demokrat.az xəbər verir ki, bu sözləri  bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib:


"Virus artıq iqtisadi çətinliklərə səbəb olmaqdadır. Ola biləcək iqtisadi böhran həm də yeni imkanlar deməkdir. Amma bu imkanlardan yalnız bacarıqlı və kritik düşüncə tərzinə malik olanlar faydalana bilirlər. Təhlillər hər bir sahibkara innovativ, çevik biznes fəaliyyətə hazır olmağın vacibliyini göstərir. Bütün dünyada olduğu kimi Azərbaycanda məhdudlaşdırıcı tədbirlərin tətbiq olunması sahibkarlar üçün bəzi çətinliklər yaradacaqdır. İtkiləri kompensasiya etmək və yeni biznes metodları yaratmaq üçün sahibkarlara aşağıdakı tövsiyyələri vermək istərdim:


1. Vətəndaşlara evdən çıxmadan sizin xidmətlərdən istifadə etmək üçün onlayn platformalar yaradın. “Onlayn həkim”, “onlayn müəllim”, “onlayn repetitor”, “taksi”, “onlayn kino”, “fərdi idman zalı”, “çatdırma”, “təmizləyici və dezinfeksiya”, “kommunal xidmətçi”, “analiz” və s kimi xidmətlərə böyül tələbat yaranacaqdır.


2. Bu platformalarda vətəndaşların mal və xidmətlər əldə etmək, onlayn ödəmək üçün rahat imkanlar yaradın.


3. Vətəndaşlarla əlaqə, onlayn məsləhət, video əlaqələr kimi əlaqə kanallarını yaradın.


4. Vətəndaşlara mal və xidmətləri onlara evlərində təqdim etmək üçün sürətli kuryer və ya çatdırma xidmətlərindən geniş istifadə edin.


5. Öz əməkdaşlarınızın evdən işləyə bilməsi üçün informasiya texnologiyalarının imkanlarından maksimum istifadə edin, fəaliyyətinizi tam elektronlaşdırın.


Bu cür hadisələr iqtisadi subyektlerin stress testə məruz qalmasını labüd edir. Ənənəvi medotlardan uzaqlaşa bilməyən sahibkarlar müflis olur, çevik, dəyişkən və innovativ sahibkarlar isə daha çox inkişaf edirlər. Çalışın innovativ olun!".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top