Bakıda qadınları biznes qurmaq adı ilə aldatdı, sonra ölkədən qaçdı — DƏLƏDUZLUQ

KRİMİNAL 14 mar 2020, 10:57

Bakıda dələduzluq etməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Viktoriya İsgəndərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Elməddin Hüseynovun icraatına verilib.


Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.


İttihama görə, Viktoriya İsgəndərova paytaxtın Nəsimi rayonunda Sevinc İsayeva, Mira Məmmədova, İrena Solodova, Viktoriya Əhmədova, Sevda Əskərova, Əlfiyə Həsənova və Nailə Məmmədovaya qarşı dələduzluq edib.


O, həmin qadınları biznes qurmaq adı ilə aldadıb, onların pul və qızıllarını ələ keçirib.


Daha sonra Viktoriya İsgəndərova ölkədən qaçıb.


Bundan sonra Azərbaycan hüquq-mühafizə orqanları Viktoriya İsgəndərovanın barəsində İnterpol xətti ilə axtarış elan edib. O, İnterpol xətti ilə Viktoriya İsgəndərova Belarusda həbs edilib.


Viktoriya İsgəndərova Azərbaycana ekstradisiya olunub.


İstintaq orqanı tərəfindən Viktoriya İsgəndərovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top