Ronaldo karantinə alındı

İDMAN 12 mar 2020, 21:08

Superulduz Kriştianu Ronaldo karantinə alınıb. 


Demokrat.az xəbər verir ki, bu barədə “Sky İtalia” nəşri məlumat yayıb. 


Məlumata görə, Ronaldo doğma vətəninə, Portuqaliyanın Madeyra şəhərinə qayıtdıqdan sonra karantinə alınıb. Buna əsas səbəb, futbolçunun koronavirusun geniş vüsət aldığı İtaliyada uzun müddət vaxt keçirməsi və sonradan Portuqaliyaya səfər etməsidir. Həmçinin, onun komanda yoldaşı, müdafiəçi Daniele Ruqaninin bu virusa yoluxmasıdır. 

 
Xatırladaq ki, Ruqanidə koronavirus aşkarlanandan sonra Ronaldo “Yuventus”un məşqlərindən buraxmaq qərarına gəlib. Buna görə də, doğma vətəninə yollanıb.

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top