Adam oğurluğu edən cinayətkar birlik üzvləri həbs edildi — Paytaxtda ŞOK ƏMƏLİYYAT

KRİMİNAL 12 mar 2020, 17:11

Bakıda adam oğurluğu ilə məşğul olmaqda ittiham olunan mütəşəkkil dəstənin üzvləri həbs edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Xətai rayonunda keçirilən əməliyyat nəticəsində adam oğurluğunda şübhəli bilinən Mehdiyev Elmar Şahmur oğlu və Əliyev Röyal Mansur oğlu həbs ediliblər.


Saxlanılan şəxslər paytaxtda adam oğurluğu ilə məşğul olmaları barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.


Araşdırma zamanı onların əməli sübuta yetirilib. Onların cinayətkar birlik yaratmaları, paytaxtda oğurladıqları şəxslərin qohumlarından pul tələb etmələri bildirilir.  


İstintaq orqanı tərəfindən hər iki təqsirli bilinən şəxsin barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edilib.


Xətai rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Hazırda bu cinayət işi üzrə istintaq tədbirləri davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top