Vəkillər Kollegiyasının üzvünə CİNAYƏT İŞİ AÇILDI

KRİMİNAL 12 mar 2020, 13:18

Azərbaycanda Vəkillər Kollegiyasının üzvünə cinayət işi açılıb.

 

Demokrat.az-ın məlumatına görə, 13 saylı Vəkil Bürosunun vəkili Əkbərov Ruhid Rəşid oğlu külli miqdarda dələduzluqda ittiham olunur.

 

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli mirdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

 

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

 

R. Əkbərov barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top