Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşdi — VİDEO

İDMAN 11 mar 2020, 12:25

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. "Valensiya" "Mestalya"da "Atalanta"nı qəbul edib. 7 qolun vurulduğu qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Atalanta"nın heyətində Yosip İliçiç poker müəllifi olub. Beləliklə, iki oyunun ümumi hesabına görə, "Valensiya"nı 8:4 üstələyən "berqamolular" 1/4 finala yüksəlib. 

 

"Tottenhem" "Leyptsiq"in qonağı olub. İlk görüşdə səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Yulian Naqelsmanın yetirmələri cütün favoriti hesab olunurdular. Oyunda hesab 10-cu dəqiqədə açılıb. Marsel Zabitser "öküzlər"i önə keçirib. Çox keçmədən avstriyalı futbolçu dublunu rəsmiləşdirib. Matça son nöqtəni isə 82-ci dəqiqədə Emil Forsberq qoyub. "Tottenhem"i 3:0 hesabı ilə məğlub edən "Leyptsiq" adını "son 8 komanda" sırasına yazdırıb.

 

Çempionlar Liqası 
1/8 final
Cavab oyunları

Valensiya (İspaniya) - Atalanta (İtaliya) 3:4
Qollar: Qameyro, 21; 51. Torres, 67 -  İliçiç, 3-pen; 43-pen; 71; 82.

 

 

Leyptsiq (Almaniya) - Tottenhem (İngiltərə) 3:0
Qollar:
Zabitser, 10; 22. Forsberq, 87.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top