"Avropa" hotelində qətl törədən şəxslərlə bağlı qərar çıxarıldı

KRİMİNAL 09 mar 2020, 19:53

Ali Məhkəmədə "Avropa" hotelində qətl törətməkdə təqsirləndirilən Sənan Quliyev və onun dostu Mövlud Səfərovun barələrində olan məhkəmə qərarından verilən kasasiya şikayətinə baxılıb.


"Report"un xəbərinə görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, həmin şəxslərin kasasiya şikayəti təmin edilməyib.


Qeyd edək ki, 2015-ci ilin aprel ayının 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri - "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və hotelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən S.Quliyev və onun dostu M.Səfərov tutulub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top