Bakıda borca görə 24 nəfər saxlanıldı

KRİMİNAL 09 mar 2020, 13:51

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.


BŞBPİ-nin Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-8 tarixlərində 51 cinayətin üstü açılıb. 


Onlardan 17-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.


Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, narkotiklərlə əlaqəli 14, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində 19 faktın açılması tədbirlərlə təmin olunub.


Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 24 nəfər saxlanılıb. 


İtkin düşən kimi axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top