Çempionlar Liqasında daha bir oyun azarkeşsiz keçiriləcək

İDMAN 09 mar 2020, 14:43

UEFA Çempionlar Liqasında Fransanın PSJ və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasındakı 1/8 final mərhələsinin cavab görüşü azarkeşsiz keçiriləcək. 

 

“Report”un "LEquipe” nəşrinə istinadən verdiyi məlumata görə, səbəb koronovirusun yayılmasıdır. Fransada bu xəstəliyin qarşısının alınması məqsədilə ölkə ərazisində 1000 nəfərdən artıq şəxsin toplanması qadağan edilib.

 

Futbol matçları da bu kateqoriyaya düşür. Bütün hallarda son qərarı Paris prefekturası qəbul edəcək.

 

Hazırda Fransada yeni virusa yoluxanların sayı 1 126-ya çatıb. Onlardan 19-u dünyasını dəyişib. 21 nəfər ağır vəziyyətdə olsa da, 12 nəfər sağalıb.

 

Qeyd edək ki, görüş martın 11-də “Park de Prens” stadionunda keçiriləcək. İlk oyunda “Borussiya” qələbə qazanıb - 2:1. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top