Taekvondo yığmamız Niderlandda 7 medal qazandı — FOTO

İDMAN 08 mar 2020, 13:05

Taekvondo üzrə Azərbaycan yığması Niderlandın Eyndhoven şəhərində baş tutmuş "Dutch Open" beynəlxalq turnirində 7 medala sahib olub. 


Demokrat.az xəbər verir ki, G1 kateqoriyalı ənənəvi turnirdə idmançımızdan 4-ü yarışı qızıl medalla başa vurub.  Belə ki, Qaşim Maqomedov (-58 kq), Milad Beigi  Harçeqani (-80 kq), Radik İsaev (+87 kq) və Fəridə Əzizova (-67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavad Ağayev (-68 kq) və Payam Qobadi Oğaz (-87 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıb. Ən aşağı çəki dərəcəsində isə Bəhruz Quluzadə (-54 kq) turnirin bürünc mükafatını qazanıb. 


Qeyd edək ki, taekvondoçularımız Eyndhovendən Belçikanın Lommel şəhərinə yollanır. Komandamız burada "Belgian Open" beynəlxalq turnirində öz qüvvəsini sınayacaq. G2 kateqoriyasına daxil bu yarışda qalib idmançılar reytinqlərinə 20 xal əlavə edəcək. 

 

Azerbaijan Taekwondo Federation adlı şəxsin şəkli.

Azerbaijan Taekwondo Federation adlı şəxsin şəkli.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top