Karate ailəsi Bədən Tərbiyəsi və İdman gününü qeyd etdi — FOTOLAR

İDMAN 06 mar 2020, 14:54

Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası (AKFA) idmançıları bir araya toplayıb. 

 

Demokrat.az xəbər verir ki, tədbiri giriş sözü ilə federasiyanın Baş katibi Nağı Mehdiyev açıb. O, idmançıları və məşqçiləri federasiya rəhbərliyi adından təbrik edib. N.Mehdiyev daha sonra sözü AKFA-nın İdarə Heyətinin üzvü Arif Məmmədova verib. 

 

A.Məmmədov isə öz növbəsində tədbir iştirakçılarını salamlayıb və əlamətdar gün münasibətilə assosiasiya prezidenti Ülvi Quliyevin təbriklərini karate ailəsinə çatdırıb. 

 

Tədbirdə assosasiya rəsmiləri 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən karateçilərə verilən fəxri adlar, həmçinin ilin ilk beynəlxalq yarışı – İranda keçirilən MASTER CUP turnirinin qaliblərinə, reytinqdə ilk sıralarda olan idmançılara assosasiya tərəfindən mükafatlar təqdim olunub. 

 

Daha sonra məşqçi-müəllim İbrahim Heydərova Gənclər və İdman Nazirliyi tərəfindən verilən “Azərbaycan Respublikasının Əməkdar məşqçi”si fəxri adı dünya və Avropa çempionu A.Məmmədov tərəfindən təqdim edilib.

 

Tədbirdən sonunda idmaçılarının şərəfinə ziyafət təşkil olunub.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top