Məhkəmə jurnalistin qardaşının ölümündə təqsirləndirilən hakimlə bağlı qərarı ləğv etdi

KRİMİNAL 05 mar 2020, 19:06

Ali Məhkəmədə qətl törətmiş Ələkbər Ağakişiyev barəsində zərərçəkmiş şəxs tərəfindən verilən kassasiya şikayətinə baxılıb.


Demokrat.az xəbər verir ki, bu barədə ölən şəxsin bacısı, jurnalist Pərvanə Sabirqızı özünün Facebook səhifəsində yazıb. 


O bildirib ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə onların şikayəti təmin edilib:


“Bakı Apelyasiya Məhkəməsinin qardaşım Pərvizin ehtiyatsızlıqdan ölməsi ilə bağlı çıxardığı qərar düzgün araşdırılmadığından ləğv edildi və yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarıldı”.


Ə. Ağakişiyev tutulub və Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ə.Ağakişiyevin ittiham olunduğu CM 126.3-cü maddəsi 124-cü maddəyə (ehtiyatsızlıqdan adam öldürmə) tövsif edilib və o, 2 il müddətinə azadlıqdan məhrum olunub. Apelyasiya Məhkəməsi hömdən verilən şikayəti təmin etməyib.


Xatırladaq ki, Ə. Ağakişiyev Azərbaycan Həndbol Federasiyasının beynəlxalq dərəcəli hakimidir. P.Həbibov isə ANS telekanalının sabiq aparıcısı Pərvanə Sabirqızının qardaşıdır.(Baku Post)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top