Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

İDMAN 03 mar 2020, 23:17

Bu gün UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçirilib. 

 

Demokrat.az xəbər verir ki, tədbir Niderlandın paytaxtı Amsterdamda keçirilib.

 

İkinci dəfə təşkil olunan yarışda Avropanın 55 milli komandası mübarizə aparacaq. İştirakçılar ilk turnirdəki nəticələrinə əsasən dörd – A, B, C və D liqalarına bölünüb.  

 

Sonuncu dəstədə 7, digərlərində 16 komanda yer alıb. 

 

Millimiz turnirin C liqasında mübarizə aparacaq. Artıq yığmamızın rəqiblərinin adlarına aydınlıq gəlib.

 

C liqası 

I qrup 

Azərbaycan

Lüksemburq

Kipr

Monteneqro 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top